hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9163
  • NEFT - 43.23
  • clouds-weather

Gənclərdən maraqlı LAYİHƏ - “Məqsəd milli mədəniyyətimizi təbliğ etməkdir” - Nicat Müslümov

Gənclərdən maraqlı LAYİHƏ - “Məqsəd milli mədəniyyətimizi təbliğ etməkdir” - Nicat Müslümov

Bir qrup vətənpərvər gənc öz təşəbbüsləri ilə maraqlı layihəyə başlayıb. Gənclər sosial şəbəkədə xalq mahnılarımızı və muğamı təbliğ edirlər.

Layihənin rəhbəri Nicat Müslümov Cebhe.info-ya açıqlamasında deyib ki, məqsəd tarixi musiqilərimizin unudulmasının qarşısını almaq, milli dəyərləri təbliğ etməkdir.

“Sosial şəbəkələrdə "Azərbaycan mədəniyyəti " adlı səhifə yaratmışıq. Səhifənin 12 mindən çox izləyicisi var. Mütəmadi olaraq səhifədə muğam ustadlarının ifaları, gənc muğam ifaçılarının şəkilləri, xalq mahnılarımızın sözləri, muğam ifaçılarının televiziyada yayımlanacaq veriliş tarixi və saatı ilə bağlı bilgilər yayımlanır. Səhifəmiz artıq izləyicilərdə böyük maraq yaradıb”, - deyə layihənin rəhbəri bildirib.

Nicat Müslümovun sözlərinə görə, layihəyə gənc ziyalı koordinatorlar təyin olunub:

“Paylaşılan bütün informasiyalara koordinatorlar nəzarət edir. “Azərbaycan mədəniyyəti” layihəsinin məqsədi gəncləri muğam sənəti ilə bağlı maarifləndirməkdən ibarətdir”.

Layihə rəhbərinin sözlərinə görə, gənclər Azərbaycan dövlətinin, Heydər Əliyev Fondunun milli mədəniyyətimizin təbliği işinə dəstək verməlidir:

“Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Azərbaycan Respublikasının Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə Azərbaycan muğamı 2003-cü ildə UNESCO tərəfindən Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsinin Şah Əsərləri siyahısına daxil edilib. Biz gənclər Azərbaycan dövlətinin bu istiqamətdəki fəaliyyətinə dəstək verməli, dövlətimizin yanında olmalı və bütün imkanlardan istifadə edərək sosial şəbəkədə Azərbaycanı təbliğ etməliyik. Mən gənclərimizi daim dövlətin və cənab Prezident İlham Əliyevin yanında olmağa səsləyirəm”.

Cebhe.info


Oxunma sayı: 6678