hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0516
  • NEFT - 54.77
  • clouds-weather

General Paşinyanı ifşa etdi: “Bu adam xəstədir, müharibənin nə olduğunu bilmir”

General Paşinyanı ifşa etdi: “Bu adam xəstədir, müharibənin nə olduğunu bilmir”

"Nikol Paşinyanın psixoloji problemləri var. O, ordu və müharibənin nə olduğunu, nə zaman baş verdiyini bilmir”.

Cebhe.info xəbər verir k, bunu İkinci Qarabağ müharibəsində məğlubiyyətdən sonra istefa vermiş Ermənistan Hərbi-Nəzarət Xidmətinin rəhbəri, general Movses Hakobyan deyib. Onun sözlərinə görə Paşinyan 9-cu müdafiə korpusunun məhv olunduğunu söyləmişdi:

“Amma korpusa rəhbərlik edən və ən azından baş verənlərin hamısına görə məsuliyyəti bölüşən general indi mətbuat konfransları keçirir və sensasiyalı faktlar təqdim edir. Bir vaxtlar 42 milyon dollar xərclənərək keyfiyyətsiz silah alındığını unutmayın.

Bu həqiqətə görə Ermənistan Milli Təhlükəsizlik Xidmətində cinayət işi açılıb. Mən hüquq-mühafizə orqanlarının nə əmr verəcəyindən narahat deyiləm, vətənimin itirilməsindən narahatam, bu da artıq bir əməldir”.

42 milyon dollar dəyərində keyfiyyətsiz silah alınması məsələsinə yenidən toxunan Hakobyan Paşinyanı xəstə adlandırıb:

“Andranik Köçəryandan soruşun, onda bu barədə məlumat var. O, Paşinyanla bu barədə danışıb. İstintaq orqanlarından mənim rolumun nə olduğunu soruşun. Bu adam xəstədir, xəstə...Vicdanım sakitdir, çünki mən vətənimdən vaz keçmədim”-deyə, Hakobyan əlavə edib.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 3246

Bizim Telegram səhifəmizi izləyin