hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9615
  • NEFT - 43.89
  • clouds-weather

General sülh sazişindən imtina etdi: Yarımçıq kəsilən GÖRÜŞ

General sülh sazişindən imtina etdi: Yarımçıq kəsilən GÖRÜŞ

Liviya Milli Ordusunun komandanı, general Həftər Moskvada sülh sazişi imzalamaqdan imtinasının səbəbini açıqlayıb. 

Cebhe.info xəbər verir ki, onun Baş nazir Faiz Səracla sülh müqaviləsi imzalamaq istəməməsinin səbəbini "Al Arabiya" kanalının mənbəyi açıqlayıb.

Feldmarşal Moskvadakı görüşdə bildirib ki, sənəddə Liviya ordusunun bir çox tələblərini nəzərə alınmayıb. 

Söhbətin konkret hansı təkliflərdən getdiyi açıqlanmayıb. 

Xatırladaq ki, Moksvada Liviyada qarşı-qarşıya gələn tərəflərin görüşü dünən başlayıb. Atəşkəs razılığından sonra sülh sazişinin imzalanması gözlənilsə də, general bundan imtina edib.

O da bildirilib ki, general ölkəsindən çıxan kimi paytaxt Tripolidə qarşı tərəfin mövqeləri yenidən atəşə tutulub. 

Görüşün uğurlu alınmaması və yaramçıq kəsilməsinin səbəbi Həftərin ordusunu Tripolidən çıxarmaqdan imtina etməsi olub.  

Xəzər
Cebhe.info


Oxunma sayı: 2179