hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Geniş pəncərə əvəzinə “fortoçka” və ya rus dilinin əhəmiyyəti – RƏY

Geniş pəncərə əvəzinə “fortoçka” və ya rus dilinin əhəmiyyəti – RƏY

Azərbaycanda ziyalı rus dilini dünyaya açılan bir "fortoçka"ya (nəfəslik) bənzədir.

Cebhe.info-nun xəbərinə görə, bu barədə iqtisadçı Elman Sadıxov rəyini bildirib:

“Rusiya Əmanət Bankının sədri Kudrin isə rus gənclərinə müraciət edərək, onlara ingilis dilini öyrənməyi məsləhət görüb. O isə ingilis dilini dünyaya açılan pəncərə adlandırıb. Sual yaranır bizə nəfəslik lazımdır, yoxsa geniş pəncərə?

Nəzərə alaq ki, hazırda dünyada iqtisadiyyat, texnologiya və s. sahələr də daxil olmaqla istənilən sahədə yazılan əksər kitablar ingilis dilindədir. Qeyd edim ki, bu kitablar türk dilinə rus dilindən daha sürətlə tərcümə olunur. Yəni dünya ilə ayaqlaşmaq istəyiriksə, ingilis dili həqiqətən vacibdir. Rus məktəbləri ilə bağlı polemikaya qoşulmaq istəmirəm. Sadəcə rus məktəbi ilə rus dilli məktəbi fərqləndirmək lazımdır. Xarici dildə təhsil (xüsusilə universitetlərdə) lazımdır, vacibdir. Xarici dil bilmək önəmlidir, zəruridir. Amma sərhəd və çərçivələri düzgün müəyyənləşdirmək şərtilə”.

Bununla belə rus dili zəngin və maraqlı dil olduğunu qeyd edən iqtisadçı qeyd edir ki, Puşkini də oxumaq lazımdır, Dostoyevskini də heç olmasa 40-50% dərk etməyə) çalışmaq, Turgenevi oxumaq, anlamaq cəmiyyətdəki qütbləşməni (bu gün dünya iqtisadiyyatının ən aktual və təhlükəli probleminə çevrilib) bir daha dərk etməyə kömək edir və s. Tolstoy, Yesenin və s. yazıçı və şairləri orijinalda oxumaq əlbəttə, tam başqa bir hissdir. Amma inkişaf, irəli getmək, dünya ilə ayaqlaşmaq üçün rus dilinin səmərə və əhəmiyyəti 30-50-100 il öncə olduğu qədər deyil. Bunu fərqləndirmək vacibdir.

Nostalji hisslərə qapılıb bu gün sovet dövründəki qədər əhəmiyyətli olduğunu da düşünmək geniş pəncərə əvəzinə "nəfəslik"lə kifayətlənməyə bərabərdir”.

Xatirə
Cebhe.info


Oxunma sayı: 3686