hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

"Globus Plaza"nın sahibini cəza gözləyir? - Sınmış şüşənin "hesabı"

"Globus Plaza"nın sahibini cəza gözləyir? - Sınmış şüşənin "hesabı"

Xəbər verildiyi kimi, Bakının Yasamal rayonu ərazisində yerləşən "Globus Plaza"ya məxsus binanın pəncərəsindəki iri şüşə parçası yerə düşərək, yoldan keçən 2001-ci il təvəllüdlü Qədirov Tunar Qabil oğlu və 1995-ci il təvəllüdlü Abdullayev Əşrəf Əhməd oğlunun xəsarət almasına səbəb olub.

Hazırda hər iki şəxs ağır xəsarət alaraq 1 saylı Xəstəxanaya yerləşdirilib.

Cebhe.info-ya açıqlama verən hüquqşünas Əsabəli Mustafayev belə hallar baş verərkən məsuliyyəti kimlərin daşıdığından danışıb:

“Bunun ekspertizası keçirilib araşdırılması aparılmalıdır. Əgər şüşənin tutacaq hissələrinin zəifləməsi hesabına baş veribsə və bunu istismar edən sahibkar zamanında o çatışmazlığı aradan qaldırmayıbsa, tam mənada sahibkar məsuliyyət daşıyır. Hətta burada cinayət məsuliyyəti də var. Ancaq bu araşdırma nəticəsində məlum ola bilər. Düşünürəm ki, şüşənin tutacaqlarında aşınma olub, ona görə də şüşə düşüb. Çünki güclü külək olmayıb. Görünür zəif küləyə də davam gətirməyibsə, bu mövcud konstruksiyanın texniki təhlükəsizlik baxımından yararsızlığından xəbər verir. Əgər belə halların texniki nasazlıq səbəbindən baş verməsi sübuta yetirilərsə, o zaman sahibkar, yəni həmin obyektin sahibi həm cinayət məsuliyyəti, həm də maddi məsuliyyət daşıyır”.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 3125