hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Gömrük Komitəsi vətəndaşa elə bir cavab verdi ki:“Hər ay 3 köynək gətirsəniz, məqsədiniz “başqa”dır”- FOTOFAKT

Gömrük Komitəsi vətəndaşa elə bir cavab verdi ki:“Hər ay 3 köynək gətirsəniz, məqsədiniz “başqa”dır”- FOTOFAKT

Xəbər verdiyimiz kimi, gömrük limitinin 300 dollara endirilməsi haqqında Nazirlər Kabinetinin 305 saylı qərarı qüvvəyə minib.

Yeni qaydalara görə, fiziki şəxslər tərəfindən ölkəyə rüsumsuz gətirilə bilən malların maksimal məbləği aşağı salınıb.

Belə ki, indiyədək vətəndaş ay ərzində şəxsi məqsəd üçün birbaşa özü 1500 dollar məbləğində, elektron ticarətlə - poçt vasitəsilə 1000 dollar məbləğində mal gətirə bilərdi.

Yeni dəyişikliyə görə bu rəqəmlər müvafiq olaraq 800 dollar və 300 dollara endirilib. Yəni vətəndaş artıq intenet üzərindən hansısa xarici mağazadan 300 dollardan baha olan malı alarsa, həmin artıq məbləğ üçün 36 faiz gömrük rüsumu ödəməlidir.

Rəsmi açıqlamaya görə, vətəndaş daşıyıcı şirkətlə razılaşmaqla ay ərzində bir neçə dəfə sifariş etdiyi məhsulu gömrük və ya daşıyıcı şirkətə məxsus anbarda saxlamaqla bir dəfəyə bəyan edib, yaxud gömrük orqanına sadələşdirilmiş bəyannamə təqdim etməklə hissə-hissə bu prosesi həyata keçirə bilər.

Yeni qaydalar ciddi narazılıqla qarşılanıb. Bununla bağlı Dövlət Gömrük Komitəsinə sosial şəbəkələrdə də çoxsaylı suallar ünvanlanıb və bu suallardan birinə qurum tərəfindən verilən cavab müzakirələr yaradıb. Belə ki, vətəndaşın hər ay nə qədər mal gətirməyə imkan verilməsi barədə suala “Hər ay 3 köynək gətirsəniz, artıq məqsədinizin “başqa” olduğu aydınlaşacaq” cavabını verib. Burada “başqa” deyərkən DGK yəqin ki, satış məqsədini nəzərdə tutub.
Xəzər
Cebhe.info


Oxunma sayı: 2685

Bizim Telegram səhifəmizi izləyin