hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Göyçayda 79 yaşlı qadın evində diri-diri yandı

Göyçayda 79 yaşlı qadın evində diri-diri yandı

Göyçay rayonunda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

Cebhe.info APA-ya istinadla xəbər verir ki, bu gün saat 11:00 radələrində rayonun Ləkçıplaq kəndində 1941-ci il təvəllüdlü Qarayeva Malikə Nəbi qızına məxsus ümumi sahəsi 160 kvadratmetr olan birmərtəbəli evdə yanğın olub.

Hadisə zamanı ev yanaraq yararsız hala düşüb, ev sahibi yanaraq, ölüb.

Ailə üzvləri hadisədən gec xəbər tutub. Alov qısa vaxtda evi tam əhatə etdiyi üçün qadını evdən çıxarmaq mümkün olmayıb. Yanğınsöndürənlər alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısını alıblar, yanğın tam söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Cebhe.info


Oxunma sayı: 683