hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Güclü külək Zaqatalada 7 kəndə ciddi ziyan vurub

Güclü külək Zaqatalada 7 kəndə ciddi ziyan vurub

Zaqatala rayonunda aramsız yağışla müşahidə olunan güclü külək bir sıra fəsadlar törədib.

Qeyri-sabit hava şəraiti bir neçə saaat davam edib, nəticədə 7 kəndə evlərə və təsərrüfatlara ciddi ziyan dəyib.

Təbii fəlakət ən çox Muğanlı, Faldar, Qandax, Mosul, Yengiyan və Kəpənəkçi kəndlərinə ziyan vurub. Adıçəkilən kəndlərin yerləşdiyi ərazidə güclü küləklə müşahidə edilən leysan yağış yağıb, bəzi ərazilərə isə dolu düşüb. Güclü külək nəticəsində bir çox ərazilərdə iri gövdəli ağaclar yıxılıb, elektrik naqilləri, telefon xətləri qırılıb. Muğanlı kənd tam orta məktəbinin dam örtüyünün bir hissəsi uçub və şüşələri qırılıb. Eyni zamanda kəndlərdə bir sıra evlərin və tövlələrin dam örtüyü dağılıb, elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Artıq müvafiq qurumların nümayəndələri əraziyə baxış keçirib, təbii fəlakətin nəticələrinin və dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlərə başlanılıb./Report

Cebhe.info


Oxunma sayı: 1299