hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

Gültan Kışanakın terrorçularla əlaqəsi ifşa olundu

Gültan Kışanakın terrorçularla əlaqəsi ifşa olundu

Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Gültan Kışanakın Milli Məclisin kürsüsündən məktubunu ağlayaraq oxuduğu terrorçu Mazlum Tekdağ, “F-16”-ların zərbəsilə öldürülüb.

Cebhe.info xəbər verir ki, M.Tekdağın Kandildəki yeri pilotsuz uçuş aparatı (PUA) ilə çəkdiyi görüntülərlə keçən il oktyabrın 1-də müəyyən olunub. Tekdağ “F-16”-ların təşkil etdiyi hava əməliyyatı nəticəsində öldürülüb və PKK onun ölümünü 8 ay gizlədib.

Bir çox siyasi partiyada fəal olan Mazlum Tekdağ, 2009-cu ildə KCK təşkilatına (Kürdüstan Cəmiyyətlər Birliyi) qarşı keçirilən əməliyyatda tutulmuşdu.

Sərbəst buraxıldıqdan sonra HDP-ni yenidən idarə edən Tekdağ, HDP-nin həbs olunmuş həmsədrləri Səlahəddin Demirtaş və Gültan Kışanakın yaxın dostu idi. 2017-ci ildə KCK əsas işində aldığı 18 illik həbs cəzası Ali Məhkəmə tərəfindən təsdiqlənəndə İraqın şimalına qaçmış və PKK-ya qoşulmuşdu.

Terror başçılarına yaxın olan Tekdağ, PKK-nın silahlı qolu olan HPG daxilində komandir vəzifəsini yerinə yetirirdi.

Cebhe.info


Oxunma sayı: 2344