hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Güney Azərbaycan: Həbsdə olan milli fəal 3 il sonra ailəsi ilə əlaqə saxlayıb

Güney Azərbaycan: Həbsdə olan milli fəal 3 il sonra ailəsi ilə əlaqə saxlayıb

Həbsdə saxlanılan Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri Səməd Məhərrəmzadə 3 ildən sonra ailəsi ilə əlaqə saxlaya bilib.
GAMOH İdarə Heyətinin üzvü Ağrı Qaradağlının Cebhe.info-ya verdiyi məlumata görə, Tehranda həbsdə olan Məhərrəmzadə ailəsi ilə qısa müddətli telefon danışığında sağ-salamat olduğunu bildirib.

Keçən 3 il müddətində Məhərrəmzadə barəsində heç bir məlumat yox idi.

O, 2018-ci ilin fevral ayında Tehranda keçirilən etiraz aksiyaları zamanı 400-dən çox Qonabad dərvişi ilə birlikdə həbs edilmişdi.

Məhərrəmzadənin zindanda xəstəlikdən əziyyət çəkdiyi, vəziyyətinin ağır olduğu bildirilir.

Şərqi Azərbaycan əyalətinin Əhər şəhərindən olan 39 yaşlı Məhərrəmzadə 1999-2007-ci illəri arasında azərbaycanlıların milli-mədəni hüquqları uğrunda aktiv şəkildə fəaliyyət göstərib.
O, Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs olunub və müxtəlif təzyiqlərə məruz qalıb.

Aydın
Cebhe.info


Oxunma sayı: 1596