hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0238
  • EURO - 1.8580
  • NEFT - 34.17
  • clouds-weather

Güney Azərbaycanda koronavirus daha çox bu bölgədə yayılıb

Güney Azərbaycanda koronavirus daha çox bu bölgədə yayılıb

Koronavirus epidemiyası İranda həyatı iflic edib. Ölkə qeyri-rəsmi fövqəladə vəziyyət rejimində yaşayır. Virusdan ölənlərin sayı hər gün artır.

Güney Azərbaycan Milli Oyanış Hərəkatı İdarə Heyətinin üzvü Ağrı Qaradağlının Cebhe.info-ya verdiyi məlumata görə, Güney Azərbaycanda infeksiyadan ölənlərin sayı isə 577 nəfərə çatıb. Ümumilikdə Güney Azərbaycanda 5064 nəfər koronavirusa yoluxan var.

Güney Azərbaycan bölgələri arasında ən yüksək yoluxma və ölüm faktı Şərqi Azərbaycan əyalətində qeydə alınıb.

Bu əyalətdə keçən 24 saat ərzində daha 74 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Təbriz Tibb Universitetinin rəisi Məhəmməd Hüseyn Somi əyalətdə koronavirusa yoluxanların sayının 1762 nəfərə çatdığını bildirib.

Aydın
Cebhe.info


Oxunma sayı: 2465