hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Güney Azərbaycandan dəstək: Təbriz bazarı bağlanacaq

Güney Azərbaycandan dəstək: Təbriz bazarı bağlanacaq

Güney Azərbaycanda Azərbaycana dəstək aksiyaları davam edir. Türkiyədə yaşayan güneyli milli fəal Həsən Güneylinin Cebhe.info-ya verdiyi məlumata görə, bu gün Güney Azərbaycan şəhərlərində ordumuza dəstək aksiyaları keçiriləcək.

Məlumata görə, Təbriz şəhərinin bazarında mağaza sahibləri Ermənilərin Gəncədə bu gecə həyata keçirdikləri cinayətə və sivilləri öldürmələrinə etiraz olaraq, sabah işləməyəcəklər.

Bu barədə sosial şəbəkələrdə poster formasında məlumat yayan Təbriz əhalisi və bazarda dükan sahibləri qeyd ediblər ki, Quzey Azərbaycanda şəhid olan sivil qardaş və bacılarına matəm saxlamaq əlaməti olaraq sabah Təbriz bazarında heç bir mağaza açılmayacaq.

Güney azərbaycanlılar, həmçinin bütün insanları saat 17:00-da Güney Azərbaycan şəhərinin təyin edilmiş yerlərində keçiriləcək etiraz eyləmlərinə çağırıblar. Bu eyləmlərdə İran rejimindən işğalçı Ermənistan rejiminə hərbi logistik dəstək verməsi və silah- sursat göndərməsini dayandırmaq, eləcə də Nurduz dövlət sərhəd buraxılış məntəqəsini bağlamaq tələb ediləcək.

Xatırladaq ki, bu gün gecə yarısı Ermənistan ordusu yenidən Quzey Azərbaycanın Gəncə şəhərinə raket hücumu edib və nəticədə indiyə qədər olan statistikalara əsasən, 14 günahsız sivil şəhid olub, 40-dan çox insan isə yaralanıb. Ölən və yaralananlar arasında çoxlu sayda qadın və uşaqlar var.

Aydın
Cebhe.info


Oxunma sayı: 4412

Bizim Telegram səhifəmizi izləyin