hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Güneyli "Ana dili məhbusu" həbsxanaya qayıtdı

Güneyli "Ana dili məhbusu" həbsxanaya qayıtdı

Tehran şəhərində yaşayan milli-mədəni fəal Behnam Şeyxi Samanlı məzuniyyətinin bitməsinin ardından həbs cəzasının qalan hissəsini çəkmək üçün fevralın 25-də yenidən “Evin” zindanına geri dönüb.

Mədəni fəal Behnam Şeyxi Əkbər Azad, Əlirza Fərşi, Həmid Mənafi, Tohid Əmir Əmini, Kiyanuş Aslani və b. milli-mədəni fəallarla birlikdə 2014-cü ilin fevral ayında Beynəlxalq Ana Dili Günü toplantısına qatıldıqları üçün Tehranın “Nəsimşəhr” şəhərində həbs edilib.

Şeyxi 2016-cı ildə Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən "ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə qeyri qanuni qrup qurmaqda iştirak etmək" ittihamı ilə 10 il həbs və Xuzistan əyalətinə iki il sürgün cəzasına məhkum edilib. Bu cəza Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsi tərəfindən 2 il həbs və 2 il sürgünə endirilib.

Aydın
Cebhe.info


Oxunma sayı: 859