hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0697
  • NEFT - 66.88
  • clouds-weather

Güneyli milli fəal məhkəmədə bəraət aldı

Güneyli milli fəal məhkəmədə bəraət aldı

Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri Nasir Xulusi məhkəmədə bəraət alıb. GAMOH-dan Cebhe.info-ya verilən məlumata görə, milli fəal barədə qərar apellyasiya məhkəməsində çıxarılıb.

Məhkəmənin 1-ci və 36-cı şöbələri tərəfindən verilmiş qərara əsasən onun əleyhinə irəli sürülmüş ittihamlardan bəraət qazanıb.

Məlumata görə, qərarı Şərqi Azərbaycan əyalətinin apellyasiya məhkəməsinin 1-ci şöbəsinin hakimləri Məhəmməd Danişmənd Məliki və Səməd Həzrəti çıxarıb. Qrəara əsasən milli fəala qarşı irəli sürülmüş “Güney Azərbaycan Milli Hərəkatının Müstəqil Fəallar Zümrəsində üzv olmaq” ittihamı ilə 6 aylıq həbs qərarı ləğv edilib.

Qeyd edək ki, Təbriz sakini olan Nasir Xulusi inşaat mühəndisidir. O, 2017-ci il fevral ayında Təbrizdən Urmuya gedərkən SEPAH-ın kəşfiyyat əməkdaşları tərəfindən saxlanılıb. O, bir neçə ay sonra Urmu (Urmiya) Məhkəməsi tərəfindən “sistemin əleyhinə təbliğat aparmaq və milli təhlükəsizliyi pozmaq” ittihamı ilə 6 il həbs cəzasına məhkum edilmişdi.

Nasir Xulusi 2017-ci il payızın orta ayında həbs cəzasını çəkmək üçün təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq həbsxanaya aparılsa da təxminən 4 ay sonra 2018-ci il fevralın 15-də Təbrizin mərkəzi həbsxanasından azadlığa buraxılıb.

Aydın
Cebhe.info


Oxunma sayı: 760