hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Güneyli ozanın övladına doğum şəhadətnaməsi verilmir

Güneyli ozanın övladına doğum şəhadətnaməsi verilmir

Güney Azərbaycan türklərinə qarşı ayrı-seçkilik siyasəti davam edir.

GAMOH İdarə Heyətinin üzvü Ağrı Qaradağlının Cebhe.info-ya verdiyi məlumata görə, Ərdəbildə yaşayan güney azərbaycanlı incəsənət xadimi və gözdən əlil olan milli fəal Səccad Culaninin övladına doğum haqqında şəhadətnamə verilmir.

O, övladına türk adı qoyub. Amma 4 aya yaxındır ki, İranın Notariat İdarəsinin rəsmiləri Ettelaatın Ərdəbil əyaləti şöbəsinin sifarişi ilə həmin türk adı uşağın doğum haqqında şəhadətnaməsinə yazmırlar.

Səccad Culaninin ailəsi məsələ ilə əlaqədar müxtəlif müvafiq qurumlara müraciət ediblər. Lakin onlara verilən cavabda bildirilib ki, adların seçilməsinə Tehranda olan 2 nəfər nəzarət edir. Əgər uşağa qoyulmuş ad həmin 2 nəfərin seçib təklif etdiyi addan fərqli olarsa, o zaman uşağa doğum haqqında şəhadətnamə verilmir.

Fəal özü də bir müddət əvvəl yaydığı videoda Notariat İdarəsinin rəsmilərinin bu cür rəftarını kəskin tənqid etmişdi. Bu hal çoxmillətli bölgə olan İranda irqçiliyin ölkəni necə hörümçək toru kimi cənginə aldığının daha bir bariz nümunəsidir.

Aydın
Cebhe.info


Oxunma sayı: 1882

Bizim Telegram səhifəmizi izləyin