hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0228
  • EURO - 2.0641
  • NEFT - 56.02
  • clouds-weather

Günün kriminal mənzərəsi: Bəzilərindən silah, bir başqasından narkotik götürülüb

Günün kriminal mənzərəsi: Bəzilərindən silah, bir başqasından narkotik götürülüb

Daxili İşlər Nazirliyi baş verən bir neçə cinayət hadisəsi barədə məlumat yayıb.

Cebhe.info həmin cinayət hadisələrini və onlara qarşı görülmüş tədbirləri təqdim edir.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri keçirilib. Nəticədə Bakı şəhər sakini İ.Hüseynovdan kustar üsülla hazırlanmış tapança, 2 ədəd patron və metamfetamin aşkar edilərək götürülüb.

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Nəsimi rayonu ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş T.Məmmədov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 5 qrama yaxın marixuana, 1 kiloqram heroin və 101 qrama yaxın metamfetamin aşkar edilərək götürülüb.

NBPİ-nin Gəncə Xətt Polis Şöbəsinə yanvarın 12-də Gəncə dəmir yolu stansiyasının ərazisində 2 nəfərin Gədəbəy rayon sakini Y.Məmmədova zor tətbiq edib mobil telefonunu alması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini F.Cabbarov, Goranboy rayon sakinləri V.Həşimov və K.Qafarov müəyyən edilərək saxlanılıb.

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini, əvəllər məhkum olunmuş R.Ələsgərovdan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 3 ədəd patron aşkar edilərək götürülüb.

Nəsimi RPİ 21-ci PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Rzayevdən nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 4 ədəd patron aşkar edilərək götürülüb.

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 12-də rayon ərazisindəki evlərin birindən 15.000 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri S.Quliyev və qardaşı saxlanılıblar.

Tovuz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2020-ci ilin dekabr ayında Əyyublu kəndi ərazisində kənd sakini E.Əkbərova məxsus anbardan 2000 manat dəyərində 5 ton kartof oğurlamaqda şübhəli bilinən Gədəbəy rayon sakini, əvvəllər məhkum olunmuş Y.Əliyev və Şamaxı rayon sakini R.Mehdiyev saxlanılıb.

Ağcabədi RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Avşar kənd sakini, əvvəllər məhkum olunmuş M.Quliyev 4 qrama yaxın metamfetamini satarkən cinayət başında yaxalanıb. Polis əməkdaşlarının onun yaşadığı evdə keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı oradan 1 kiloqram 815 qram heroin də aşkar edilərək götürülüb.

Cebhe.info


Oxunma sayı: 903

Bizim Telegram səhifəmizi izləyin