hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Gürcüstan MSK: Ən aşağı seçici fəallığı Kvemo Kartlidədir

Gürcüstan MSK: Ən aşağı seçici fəallığı Kvemo Kartlidədir

Gürcüstan üzrə parlament seçkilərində seçicilərin fəallığı 36,45% təşkil edir.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasından (MSK) bildirilib.

Saat 15:00-a olan məlumata əsasən, 1 279 947 seçici səsvermə hüququndan artıq istifadə edib.

Ən yüksək seçici fəallığı Raça-Leçxumi və Svaneti (49,5%), ən az fəallıq isə Kvemo Kartli (33,9%) bölgəsindədir.

Səsvermə prosesi zamanı 6 insident qeydə alınıb. Gürcüstanın Daxili İşlər Nazirliyi artıq faktlar üzrə istintaqa başlayıb. İnsidentlərin ikisi azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun Qızılhacılı və Daştəpə kəndlərində baş verib. Həmin kəndlərin seçki məntəqələrində fiziki qarşıdurma yaşanıb.

Cebhe.info


Oxunma sayı: 925

Bizim Telegram səhifəmizi izləyin