hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Gürcüstan parlamenti Ukraynanı dəstəkləyən bəyanat qəbul etdi

Gürcüstan parlamenti Ukraynanı dəstəkləyən bəyanat qəbul etdi

Gürcüstan parlamentinin Xarici Əlaqələr Komitəsi Donbassdakı vəziyyətin gərginləşməsi ilə əlaqədar bu gün Ukraynaya dəstək bəyanatı qəbul edib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə brifinqdə komitə rəhbəri, millət vəkili Nikoloz Samxaradze məlumat verib.

“Gürcüstan və Ukraynanı xüsusi münasibətlər, dostluq və strateji tərəfdaşlıq bağlayır və buna görə də Gürcüstanın Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə güclü dəstəyini bir daha təsdiqləyirik”, - deyə Samxaradze brifinqdəki çıxışında bəyanatdan sitat gətirib.

Millət vəkilinin sözlərinə görə, sənəddə Gürcüstanın NATO ilə Ukrayna arasındakı münasibətlərin dərinləşməsini alqışladığı və sabitliyin zəmanəti kimi qiymətləndirilən ittifaqın Qara dəniz bölgəsində daha fəal iştirakını dəstəklədiyi bildirilir.

“İnanırıq ki, mövcud hadisələr təkcə Ukrayna üçün deyil, bütövlükdə Qara dəniz bölgəsi və Avropanın təhlükəsizlik arxitekturası üçün ciddi bir təhlükədir. Beynəlxalq ictimaiyyəti təcavüzə və dağıdıcı hərəkətlərə qarşı Ukraynanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləməyə çağırırıq”,- deyə komitə sədri əlavə edib.

Cebhe.info


Oxunma sayı: 364