hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Gürcüstan parlamentinin ətrafında vəziyyət gərginləşib - Müxaliflərlə polislər arasında toqquşma olub

Gürcüstan parlamentinin ətrafında vəziyyət gərginləşib - Müxaliflərlə polislər arasında toqquşma olub

Gürcüstan parlamentinin ətrafında vəziyyət gərginləşib.

Cebhe.info xəbər verir ki, avtomobil yolunu bağlamağa cəhd edən piketçilər və polis arasında fiziki qarşıdurma baş verib.

İnsident zamanı bir neçə nəfər saxlanılaraq ərazidən uzaqlaşdırılıb.

Qanunverici orqanın ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib. Deputatlar parlamentin binasına aksiyaçıların fit səsləri və “Qullar!” şüarı fonunda daxil olurlar.

Dinc aksiyada müxalif Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliyanın azadlığa buraxılması və növbədənkənar parlament seçkiləri tələb olunur.

Müxalifət analoji piketi martın 5-nə hökumət binasının qarşısında təyin edib/Report.

Cebhe.info


Oxunma sayı: 584