hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Gürcüstan qarışır: Ermənilər Axalkalakidə ixtişaş törədib, 5 bina yandırılıb-VİDEO

Gürcüstan qarışır: Ermənilər Axalkalakidə ixtişaş törədib, 5 bina yandırılıb-VİDEO

Gürcüstanın cənubundakı Axalkalaki bölgəsində (Samtsxe-Cavaxeti bölgəsi) vəziyyət qarışıb. Gənclər arasında mübahisə zamanı 1 nəfər ölüb. Bundan sonra vəziyyət dramatik həddə çatıb. Artıq bir neçə ev və otel yandırılıb.

Cebhe.info gürcü mətbuatına istinadən xəbər verir ki, hadisənin baş verməsinə səbəb 27 yaşlı erməninin Kulikam kəndində öldürülməsi olub.

"Axalkalakidə cinayət hadisəsi baş verib və bir nəfər ölüb. Bundan sonra öldürülən adamın qohumları şəhərə toplanıb və başqa bir cinayət hadisəsi baş verib. Hadisə yerinə əlavə polis qüvvələri cəlb edilib. Şəhərdəki vəziyyət tamamilə nəzarət altına alınıb. Gərginlik davam edir, ancaq əlavə polis qüvvələri vəziyyəti nəzarət altına ala bilib", - Samtsxe-Cavaxetinin qubernatoru Besik Amiranaşvili belə deyib.

Qubernator hadisəni nəzarətə götürdüklərini desə də, qarşıdurma davam edir. Artıq Axalkalakidə daha iki ev yandırılb - biri Maştots küçəsində, digəri isə Tumanyan küçəsində. Bundan əvvəl isə kütlə Nalbandyan küçəsində iki ev yandırıb.

Qeyd edək ki, bu evlərin hamısı əvvəlcə yandırılan "Artsek" otelinin sahibi ilə əlaqəlidir.

Cebhe.info


Oxunma sayı: 30262