hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Gürcüstan və Azərbaycan bankları müqayisəsi: ÜDM-də kimin payı daha çoxdur?

Gürcüstan və Azərbaycan bankları müqayisəsi: ÜDM-də kimin payı daha çoxdur?

“Bank aktivlərinin, depozitlərinin və kreditlərinin ÜDM-ə nisbəti bank sektorunun ölkə iqtisadiyyatında rolunu ölçən əsas indikatorlarlardandır.

Gürcüstanın “PMC Research” təşkilatı bununla bağlı Gürcüstanın Milli Bankına istinadən hesabat açıqlayıb. Hesabata görə, son 4 ildə bu indikator üzrə vəziyyət yaxşılaşıb.

Məsələn, 2017-2020-ci ilin I yarısında bank aktivlərinin ÜDM-də payı 80-dən 98,4 faizə yüksəlib. Bu müddətdə kreditlərin ÜDM-də payı 50-dən 67,4-ə, depozitlərin payı isə 44-dən 57,4 faizə çatıb”.

Cebhe.info xəbər verir ki, bunu iqtisadçı-ekspert Samir Əliyev deyib.

O bildirib ki, 2020-ci ilin iyul ayının sonuna kreditlərin (banklararsı kreditlər istisna) həcmi 35,2 milyard GEL (18,8 milyard AZN), depozitlərin həcmi 31,4 milyard GEL (16,8 milyard AZN) olub:

“Müqayisə üçün qeyd edim ki, Azərbaycanda bu tarixə bank aktivlərinin ÜDM-də payı 37,3, kreditlərin payı 17,4, depozitlərin payı 23,8 faizdir. Bankların kredit portfeli (banklararsı kreditlər istisna) 14,2 milyard AZN, depozitlər isə (banklararsı depozitlər istisna) 19,4 milyard AZN-ə barəbərdir”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 1684