hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0516
  • NEFT - 54.77
  • clouds-weather

Gürcüstanda daha 36 nəfər koronavirusdan ölüb

Gürcüstanda daha 36 nəfər koronavirusdan ölüb

Gürcüstanda son sutkada aşkar edilən koronavirus infeksiyası hallarının sayı 3 759 nəfər olub. Ölənlərin sayı 36-ya çatıb.

Cebhe.info xəbər verir ki, ölkədə pandemiya başladığı gündən 139 343 yoluxma hadisəsi müəyyən edilib.

Eyni zamanda son 24 saat ərzində 3 574 nəfər sağalaraq evə buraxılıb. Pandemiya başlayandan bəri isə 117 560 xəstə sağalıb, 1 303 vəfat edib.

Hazırda 1 978 nəfər karantində, 6 366 nəfər xəstəxanada, 3 708 nəfər isə koronavirus üçün ayrılmış oteldə müalicə olunur.

41 Gürcüstan vətəndaşı müalicə üçün digər ölkələrə aparılıb. Gürcüstanda ilk koronavirus hadisəsi 26 fevralda qeydə alınıb.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 1739

Bizim Telegram səhifəmizi izləyin