hava haqqindaBakı
Bu gün +1 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0657
  • NEFT - 67.03
  • clouds-weather

Gürcüstanda müxalif partiyanın qərargahına polis hücumu: Bibər qazı sıxıldı, saxlanılanlar var

Gürcüstanda müxalif partiyanın qərargahına polis hücumu: Bibər qazı sıxıldı, saxlanılanlar var

Gürcüstanda müxalifət partiyası “Vahid Milli Hərəkat” partiyasının lideri Niki Meliyanın saxlanılması əməliyyatı keçirilib.

Cebhe.info yerli mətbuata istinadən bildirir ki, partiya qərargahında 10 nəfər saxlanılıb ki, onların arasında müxalifətçi İrakli Nadiradze də var.

Meliya özü isə əməliyyat zamanı ofisdə olub. Hüquq mühafizə orqanları əməliyyat zamanı bibər qazından istifadə eidb.

"Sputnik Gürcüstan" xəbər verir ki, Meliya 2019-cu il 20 iyunda keçirilən etiraz aksiyalarının təşkilində təqsirkar bilinir. Prokurorluq istintaq müddətində onun həbsdə saxlanılmasını tələb edib.

Sözügedən partiya Mixail Saakaşvili tərəfindən 2001-ci ilin oktyabrında yaradılıb.

Xəzər
Cebhe.info


Oxunma sayı: 826