hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Gürcüstanda parlament seçkilərinin ikinci turu keçirilir

Gürcüstanda parlament seçkilərinin ikinci turu keçirilir

Bu gün Gürcüstanda parlament seçkilərinin növbəti - ikinci turunda səsvermələr keçirilir.

Cebhe.info xəbər verir ki, səsvermə prosesi saat 08:00-da 17 majoritar dairə üzrə başlayıb. İkinci mərhələ Tbilisi üzrə 8, bölgələr üzrə isə 9 seçki dairəsində təşkil olunub.

Səsvermədə 2 140 210 seçicinin iştirak etmək hüququ var. Onlar 1 923 məntəqə və karantin zonalarında yaradılan 80 xüsusi məntəqədə öz seçimlərini edə biləcəklər. Bununla yanaşı, Kutaisi şəhərində növbədənkənar mer seçkilərinin də II turu keçrilir.

Seçkiləri izləmək üçün seçki subyektlərinin 9 521 nümayəndəsi, 132 yerli təşkilatın 47 345, 48 beynəxalq təşkilatın isə 920 müşahidəçisi qeydiyyatdan keçib. Prosesi 118 media qurumunun 5 964 nümayəndəsi işıqlandıracaq.

Səsvermə prosesi saat 20:00-da başa çatacaq.

Cebhe.info


Oxunma sayı: 727

Bizim Telegram səhifəmizi izləyin