hava haqqindaBakı
Bu gün +13 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 1.9208
  • NEFT - 70.55
  • clouds-weather

Gürcüstanda sərhəd rejimi qaydaları sərtləşdirilir

Gürcüstanda sərhəd rejimi qaydaları sərtləşdirilir

Gürcüstanın quru sərhədlərində müəyyən edilmiş sərhəd rejiminin pozulmasına görə inzibati məsuliyyət tədbirlərinin gücləndirilməsi planlaşdırılır.

Bununla bağlı ölkənin İnzibati Xətalar Məcəlləsinə düzəlişlər hazırlanıb.

Sənədə əsasən, Gürcüstanda və ya həmsərhəd dövlət ərazisində sərhədçilərin, mühafizə olunan obyektlərin foto, video və aerofotoşəkillərin çəkilməsi qadağan ediləcək və bu qanun pozuntusuna görə 50 lari məbləğində cərimə tətbiq olunacaq.

Qeyd edilib ki, bu cür obyektlərin lentə alınması dövlət sərhədlərinin mühafizəsi üçün yüksək risklər yaradır.

Bundan başqa, qanun layihəsində quru sərhəd məntəqəsində infrastrukturun zədələnməsi və yaxud məhvinə görə 350 lari məbləğində cərimə nəzərdə tutulub.

Cebhe.info


Oxunma sayı: 606