hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Gürcüstanda solçu partiyalar birləşdi

Gürcüstanda solçu partiyalar birləşdi

Gürcüstanda parlament seçkilər ərəfəsi iki siyasi təşkilat birləşib.

Cebhe.info-nun məlumartına görə, Kaxa Dzaqania rəhbərlik etdiyi “Sol Alyans” Partiyasının həmfikir insanlara qoşulmaq üçün seçkidən çəkildiyini bəyan edib.

“Sol Alyans” digər müxaliət partiyası olan “Gürcüstan Vətənpərvərlər Alyansı”na birləşib.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrız 31-də keçiriləcək. Seçkilərdə 66 partiyanın iştirak edəcəyi gözlənilir.

“Sol Alyans” Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçərək seçkiqabağı prosesə başlayıb.

“Ancaq biz ərazi bütövlüyümüzü yalnız bir partiyanın – Gürcüstan Vətənpərvərlər İttifaqının bərpa edəcəyinə və ağır iqtisadi vəziyyəti düzəldə biləcəyinə əmin olduqdan sonra “Sol Alyans” seçkilərdə iştirak etməməyi qərara aldı. Biz öz namizədliyimiz ləğv edirik və “Gürcüstan Vətənpərvərlər Alyansı”na birləşirik!” - Dzaqaniya belə deyib.

Eyni zamanda vahid təşkilatın lideri İrma İnaşvili “Sol Alyans”ın üzvlərinin mojaritar dairələrdən namizədliyinin irəli sürüləcəyini bildirib.

Seçkilərdə qələbə çalmaq üçün hər bir partiya verilən səslərin ən azı 1 faizini qazanmalıdır.

Son məlumatlara görə, Gürcüstanın 3,5 milyon sakini seçkilərdə səs verə bilər.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 925

Bizim Telegram səhifəmizi izləyin