hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

Gürcüstanda yoluxanların sayı niyə artır?

Gürcüstanda yoluxanların sayı niyə artır?

Gürcüstanda koronavirus infeksiyasına yoluxanların sayı dördrəqəmli həddə yaxınlaşır.

“Qafqazinfo” xəbər verir ki, qonşu ölkədə son sutka ərzində 914 nəfərdə COVID-19 aşkarlanıb, 24 nəfər isə xəstəlik səbəbindən həyatını itirib. Ölkə üzrə ümumi yoluxma kifayət qədər böyük rəqəmi - 360 mindən çox insanı əhatə edir. Bu ölkədə indiyədək koronavirusdan ölənlərin sayı 5199-a çatıb.

Gürcüstanda eyni zamanda koronavirusun Britaniya ştammının daha çox yayıldığı bildirilir. Hazırda 20 nəfərdə koronavirusun Hindistan ştammına yoluxma faktı təsdiqlənsə də, bu rəqəmin əslində daha böyük olduğu ehtimal olunur. Həmçinin Gürcüstanda koronavirusa yoluxma sayını qonşu dövlətlərlə quru sərhədlərin açılması və turist axınının bir qədər də artıracağı gözlənilir.

Ehtimal olunur ki, Gürcüstanda koronavirusa yoluxma və ölüm sayında azalmanın olmaması vaksinasiyanın aşağı templə getməsi ilə əlaqədardır. Belə ki, vaksinasiyanın tətbiq olunduğu mart ayından bəri ölkə üzrə peyvənd olunanların sayı 238 min 220 nəfər təşkil edir.

Şimal-qərb qonşumuzdan fərqli olaraq Azərbaycanda koronavirusa yoluxma statistikası azalan templə gedir. İyun ayı girəndən ölüm sayında kəskin azalma var və hətta bəzi günlərdə, ümumiyyətlə, ölüm halı qeydə alınmayıb. Hazırda Azərbaycanda gündəlik vaksinasiya statistikası 40-50 min aralığındadır. İndiyədək əhalinin 2 milyona yaxın hissəsi, təxminən 20 faizi vaksin olunub. Əhaliyə tətbiq olunan vaksin sayı isə 3 milyonu ötüb.

Xatırladaq ki, Azərbaycanda koronavirusa son sutkada yoluxanların sayı 47 nəfər olub. İndiyə qdər koronavirusa yoluxanların sayı 335 min 568, ölkə üzrə vəfat edənlərin sayı isə 4963 nəfər olub.

Cebhe.info


Oxunma sayı: 661