hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Gürcüstanın baş epidemioloqu Çin vaksini vurduracaq

Gürcüstanın baş epidemioloqu Çin vaksini vurduracaq

Sabahdan Gürcüstanda Çinin “Sinopharm” peyvəndinin tətbiqi ilə vaksinasiya prosesinə başlanılacaq.

“Report”un yerli bürosu xəbər verir ki, ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze peyvəndi ilk vurduranlardan olacaq.

Gürcüstanda “Sinopharm” vaksini 18 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub. Qonşu ölkə 100 min dozadan ibarət Çin peyvəndinin ilk partiyasını aprelin əvvəlində tədarük edib.

Qeyd edək ki, Gürcüstanda martın 15-dən “Astrazeneca”, martın 30-dan isə “Pfizer” preparatı ilə peyvəndlənmə aparılır. Aprelin 29-da Çin qonşu ölkəyə 100 min doza “Sinovac” peyvəndi göndərib.

Cebhe.info


Oxunma sayı: 738