hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Gürcüstanın Baş naziri Müstəqillik Günü münasibətilə azərbaycanlı həmkarını təbrik edib

Gürcüstanın Baş naziri Müstəqillik Günü münasibətilə azərbaycanlı həmkarını təbrik edib

Gürcüstanın Baş naziri Giorgi Qaxariya Baş Nazir Əli Əsədova Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Nazirlər Kabinetindən verilən məlumata görə, məktubda qeyd olunur:

“Gürcüstan hökuməti və şəxsən öz adımdan Sizi Azərbaycanın Müstəqilliyi Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Azərbaycan həm sosial-iqtisadi, həm də beynəlxalq səviyyədə nüfuzunun möhkəmlənməsi baxımından fəxarətli yol keçib. Bizim ümumi səylərimiz nəticəsində Gürcüstan və Azərbaycan Respublikası arasında sarsılmaz strateji tərəfdaşlıq münasibətləri formalaşıb və dostluq ruhu daşıyan bu tərəfdaşlığımız ikitərəfli və çoxtərəfli səviyyədə ümumi məqsəd və maraqlarımızla daha da möhkəmlənməkdədir. Əminəm ki, münasibətlərimizin daha da genişlənməsi və strateji tərəfdaşlığımızın dərinləşməsi üçün biz öz sıx əməkdaşlığımızı bundan sonra da uğurla davam etdirəcəyik. Sizə öz dərin ehtiramımızı izhar edir və Sizə və qardaş Azərbaycan xalqına sülh, uğurlar və əmin-amanlıq diləyirəm”.

Cebhe.info


Oxunma sayı: 2487

Bizim Telegram səhifəmizi izləyin