t Gürcüstanın XİN başçısı: "İşğal olunmuş ərazilərə de-fakto nəzarət edən tərəflərə təsir göstərilməlidir"
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0208
  • EURO - 1.8528
  • NEFT - 28.71
  • clouds-weather

Gürcüstanın XİN başçısı: "İşğal olunmuş ərazilərə de-fakto nəzarət edən tərəflərə təsir göstərilməlidir"

Gürcüstanın XİN başçısı: "İşğal olunmuş ərazilərə de-fakto nəzarət edən tərəflərə təsir göstərilməlidir"

"Münaqişələr və dondurulmuş münaqişələrAvropa ŞurasıNazirlər Komitəsini çox narahat edir".

"Report"un Fransa bürosu xəbər verir ki, bunu AŞPA-nın qış sessiyasında Gürcüstanın xarici işlər naziri David Zalkalianideyib.

Nazir bildirib ki, həlli tapılmamış münaqişələrin həlli zamanı beynəlxalq prinsiplər əsas tutulmalıdır: “İşğal olunmuş ərazilərə de-fakto nəzarət edən tərəflərə təsir göstərilməlidir. Onlar bu dəvəquşu siyasətlərini həyata keçirməyə son qoymalıdırlar. Yoxsa bu işğalçı tərəflərin fəaliyyətini daha da genişləndirə bilər".

"Çox vacibdir ki, münaqişədə olan tərəflər barışığa çalışsınlar. Münaqişəli tərəflər arasında bir-birlərinə inamın yaranması vacib məsələlərdəndir", -nazir vurğulayıb.

Xatırladaq ki, Gürcüstan 2019-cu ilin noyabr ayından 2020-ci ilin may ayına kimi Avropa Şurası Nazirlər Komitəsinin prezidenti vəzifəsini həyata keçirir.

Cebhe.info


Oxunma sayı: 1354