hava haqqindaBakı
Bu gün 30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.9097
  • NEFT - $ 62.51
  • clouds-weather

Hökumət məktəbli formasyla bağlı qərarını dəyişdi: Nazir elan etdi

Hökumət məktəbli formasyla bağlı qərarını dəyişdi: Nazir elan etdi

Özbəkistanda vahid məktəbli formasına məcburi keçid mümkün olmayacaq. 

Cebhe.info xəbər verir ki, 2019-2020-ci tədris ilində vahid məktəbli formasına keçid nəzərdə tutulsa da, ölkə sənayesinin buna hazır olmadığı məlum olub. 

Təhsil naziri Şirzad Şermatov bildirib ki, forma tətbiqinin müsbət və mənfi tərəfləri var. Ancaq nazir qərarın icrasında tələskənliyə yol verilməyəcəyini deyib: "Ötən il forma məcburi yox, könüllü idi. Əgər onu yeni tədris ilində məcburi etsək, tələsmiş olarıq".

Nazir qeyd edib ki, toxuculuq sənayesi bu qərarın icrasına hazır deyil: "1-ci siniflərdən 11-ci siniflərədək hər şagirdə forma tikmək asan deyil. Valideynlər narahat olmasınlar, gələn tədris ilində də forma məcburi olmayacaq. Bunu mərhələli şəkildə həyata keçirəcəyik".  

Xəzər
Cebhe.info


Oxunma sayı: 1893