t Hökumət sanksiya mexanizmləri hazırlayır - Mikayıl Cabbarov
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0275
  • EURO - 1.8840
  • NEFT - 62.65
  • clouds-weather

Hökumət sanksiya mexanizmləri hazırlayır - Mikayıl Cabbarov

Hökumət sanksiya mexanizmləri hazırlayır - Mikayıl Cabbarov

Hazırda nəzarət kassa aparatlarının quraşdırılması layihəsinin vacib mərhələsi başa çatır. 

Cebhe.info xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov 2019-cu ilin sosial-iqtisadi yekunlarına dair mətbuat konfransında deyib. 

Onun sözlərinə görə, yaxın vaxtlarda  2019-cu ildə Vergilər Məcəlləsinə edilən dəyişikliklərin qüvvəyə minməsi nəticəsində istehlakçılara xərclədiyi Əlavə Dəyər Vergisinin məbləğinin müəyyən hissəsinin geri qaytarılması prosesi də başlayacaq. 

"Bu da öz növbəsində ictimai nəzarəti, istehlakçının marağını artıracaq. Qeyri-rəsmi ödənişlərin edilməsi dövriyyənin gizlədilməsindən ibarətdir. Nəzarət kassa aparatlarının quraşdırılması və online ödənişlərin edilməsi ictimai nəzarəti gücləndirəcək, açıq edəcək. Bunun üçün dövlət həm təşviq mexanizmi, həm də sanksiya alətləri üzərində işləyir". 

Yeganə Oqtayqızı 
Cebhe.info


Oxunma sayı: 738