hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0270
  • EURO - 1.9066
  • NEFT - 64.41
  • clouds-weather

Hökumətdə ciddi kadr dəyişikliyi: Ramil Usubov, Vilayət Eyvazov, Mədət Quliyev, Əli Nağıyev... 

Hökumətdə ciddi kadr dəyişikliyi: Ramil Usubov, Vilayət Eyvazov, Mədət Quliyev, Əli Nağıyev... 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hökumətin tərkibində bir sıra dəyişiklik edib.

Cebhe.info xəbər verir ki, Prezidentin müvafiq sərəncanı ilə Ramil Usubovun Azərbaycan Respublikasının daxili işlər naziri vəzifəsindən azad edib.

Prezidentin digər sərəncamı ilə Ramil Usubov Azərbaycan Respublikasının Prezidenti yanında Təhlukəsizlik Şurasının katibi təyin edilib. Ramil Usubovu yerinə isə daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov təyinat alıb.

Prezident həmçinin “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 yanvar tarixli 466 nömrəli Fərmanının ləğv edilməsi barədə Fərman imzalayıb. 

Prezidentin daha bir sərəncamı ilə Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilərək müdafiə sənayesi naziri təyin olunub. Dövlət Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsinə isə Əli Nağıyev təyin edilib. 

Cebhe.info


Oxunma sayı: 5017