hava haqqindaBakı
Bu gün +11 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.8991
  • NEFT - 65.53
  • clouds-weather

Hüquqşünas QHT sədri seçilib

Hüquqşünas QHT sədri seçilib

Tanınmış ictimai fəal, hüquqşünas Könül Quliyeva QHT sədri seçilib.

  Bu barədə məlumatı Azadinform-a Könül Quliyeva verib.

K.Quliyeva “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin oktyabr ayında keçirilən Ümumi Yığıncağında sədr seçilib. K.Quliyevanın sədrliyi 06 noyabr 2019-cu il tarixdə Ədliyyə Nazirliyi tərəfindən rəsmiləşdirilib.

Qeyd edək ki, K.Quliyeva “Müvəkkil” Hüquq Mərkəzinin sədr müavini olmaqla bərabər Qadın və Uşaq Hüquqları Departamentinə rəhbərlik edir. O, “Uşaqların Gələcəyi Naminə” İB-ə rəhbərlik etməklə bərabər “Müvəkkil” Hüquq Mərkəzində də fəaliyyətini davam etdirəcək.

Cebhe.info


Oxunma sayı: 551