hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9163
  • NEFT - 43.23
  • clouds-weather

Hacıqabulda avtomobil piyadanı vuraraq ağır yaralayıb

Hacıqabulda avtomobil piyadanı vuraraq ağır yaralayıb

Bakı-Qazax magistral yolunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul rayonunun Atbulaq kəndində qeydə alınıb.

Bakı sakini Hümbətov Şahin Əli oğlu idarə etdiyi “Ford Transit” markalı kiçiktutumlu yük avtomobili ilə yolu keçən Hacıqabul rayonunun Atbulaq kənd sakini, 1986-cı il təvəllüdlü Fərhadov Elşad Ələsgər oğlunu vurub. Ağır xəsarətlər alan piyadanı sürücü özü Ələt qəsəbəsindəki xəstəxanaya aparıb. Xəstə ağır kəllə-beyin travması ilə Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

Cebhe.info


Oxunma sayı: 749