hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

Hacıqabulda qəza: 8 yaralı var -2-nin vəziyyəti ağırdır

Hacıqabulda qəza: 8 yaralı var -2-nin vəziyyəti ağırdır

Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar Şirvan xəstəxanasına müxtəlif dərəcəli xəsarətlərlə 8 nəfər müraciət edib.

Bu barədə Cebhe.info-ya Səhiyyə Nazirliyindən bildirilib. Müraciət edən şəxslərdən 5 nəfəri qadın (62, 52, 36, 20, 17 yaşlı), 3-ü isə kişidir (43, 47 və 14 yaşlı):

"Yaralılardan 6-nın xəsarətləri yüngül olduğundan gün ərzində ambulator müalicəyə buraxılacaqları gözlənilir.

Digər iki nəfərin 62 yaşlı qadın və 43 yaşlı kişinin müalicələri travmatologiya şöbəsində davam edir. Vəziyyətləri orta-ağır sabit qiymətləndirilir".

Alçina Amilqızı

Cebhe.info


Oxunma sayı: 430