t Hadi Rəcəbli, Xanhüseyn Kazımlı, Aydın Mirzəzadə: Kim seçkiyə qatılacaq? -  “Bu dəqiqə sədrin yanına gedirəm...”
hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0275
  • EURO - 1.8782
  • NEFT - 60.86
  • clouds-weather

Hadi Rəcəbli, Xanhüseyn Kazımlı, Aydın Mirzəzadə: Kim seçkiyə qatılacaq? -  “Bu dəqiqə sədrin yanına gedirəm...”

Hadi Rəcəbli, Xanhüseyn Kazımlı, Aydın Mirzəzadə: Kim seçkiyə qatılacaq? -  “Bu dəqiqə sədrin yanına gedirəm...”

Milli Məclisin buraxılması və növbədənkənar seçkinin təyin olunması məsələsi gündəmdədir. 

Parlament məsələni dekabrın 2-də müzakirə edəcək.

Maraqlıdır, indiki millət vəkilləri növbəti seçkilərə qatılacaqlarmı? 

47 saylı Mingəçevir seçki dairəsindən Milli Məclisin V çağırışının deputatı Aydın Mirzəzadə Cebhe.info-ya açıqlamasında deyib ki, hər şey Yeni Azərbaycan Partiyasının verəcəyi qərardan asılıdır: 

“Mən Yeni Azərbaycan Partiyasının üzvüyəm. Bu, partiyanın qərarından asılıdır”. 

Yeni Azərbaycan Partiyasının üzvü, 61 saylı Neftçala seçki dairəsindən seçilən Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə növbəti parlament seçkilərinə qatılacağını bildirib.

74 saylı Lənkəran kənd Seçki Dairəsindən deputat Hadı Rəcəbli vaxtının olmadığını əsas gətirərək danışa bilmədiyini belə izah edib: 

“Vaxtım o qədər dardır ki, tərpənə bilmirəm. Bu dəqiqə sədrin yanına gedirəm, yanında balaca iclas var”. 

Azərbaycan Sosial Rifah Partiyasının sədri, 66 saylı Biləsuvar Seçki Dairəsinin Deputatı Xanhüseyn Kazımlı isə sualımızı susqunluqla qarşılayaraq, cavab vermək istəməyib. 

Alçina Amilqızı 
Cebhe.info


Oxunma sayı: 5589