hava haqqindaBakı
Bu gün +11 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.8991
  • NEFT - 65.53
  • clouds-weather

Hakimlərə 10 min manat maaş, ev, maşın verilsin: Deputat tələb etdi

Hakimlərə 10 min manat maaş, ev, maşın verilsin: Deputat tələb etdi

Hakimlərə 10 min manat maaş verilsin. 

Cebhe.info xəbər verir ki, bu təkliflə Milli Məclisin plenar iclasında deputat Qüdrət Həsənquliyev çıxış edib. Q.Həsənquliyev bildirib ki, məhkəmə hakimlərinin iqtisadi cəhətdən təmin olunması vacibdir: 

“Məhkəmə hakimlərinin evi yoxdursa, mənzillə təmin olunmalıdırlar. Əvvəl bunun bağlı qanun var idi, sonradan təəssüf ki, bu maddə qanunvericilikdən çıxarıldı. Hesab edirəm ki, məhkəmə hakimlərinin mənzillə təmin olunması məsələsinə yenidən baxılmalıdır. Digər tərəfdən, onlara xidməti avtomobil verilməlidir. Bunlarla yanaşı, məhkəmə hakimlərinə müasir tələblərə cavab verən əməkhaqqı təsis edilməlidir. Hesab edirəm ki, hakimlərə 10 min manat əməkhaqqı verilməlidir”. 

Vilayət Muxtar 
Cebhe.info


Oxunma sayı: 1717