hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9389
  • NEFT - 43.47
  • clouds-weather

Hande Harmançı yenə “aylar var” dedi: “Bunun başqa, qısa yolu yoxdur”

Hande Harmançı yenə “aylar var” dedi: “Bunun başqa, qısa yolu yoxdur”

“Biz koronavirusu dayandırmağı bacarana qədər o, həyatımızda olacaq. Bunu başa düşməliyik. Xoşumuza gəlməyən, öyrəşmədiyimiz, bizim üçün çətin olacaq işləri etmək məcburiyyətində olacağımız aylar var”.

Cebhe.info xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı sosial şəbəkə hesabında yazıb.

“Bunun başqa, qısa yolu yoxdur. Hər kəs fiziki məsafəni qorusun, əllərini yusun və maska taxsın. Tibb işçiləri, test edin, özünüzü təcrid edin, təmasda olduğunuz insanları müəyyən edin və onları karantinə alın. Yalnız bu şəkildə özümüzü və yaxınlarımızı qoruya bilərik”, - deyə ÜST rəsmisi vurğulayıb.

Xəzər
Cebhe.info


Oxunma sayı: 3070