hava haqqindaBakı
Bu gün +13 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0224
  • EURO - 2.9898
  • NEFT - 64.70
  • clouds-weather

Hansı dövlət qurumları sosial şəbəkələrdə daha aktivdir? – RƏY

Hansı dövlət qurumları sosial şəbəkələrdə daha  aktivdir? – RƏY

"Son zamanlar bir sıra dövlət qurumları sosial mediada xeyli aktivləşib.

Bir çox dövlət qurumlarında dəqiq qrafik üzrə qurumun 1-ci şəxsi və ya rəhbər şəxslər səviyyəsində canlı yayımlar, videoqəbullar və sual-cavablar təşkil olunur".

Cebhe.info xəbər verir ki, bunu "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumnun prezidenti Osman Gündüz deyib.

O deyib ki, bunun nıticəsində, hətta ictimai rəydə tez-tez tənqid olunan qurumlar sosial mediaya inteqrasiyadan sonra onların reputasiyasında müsbət istiqamətdə irəliləyiş də hiss olunur:

"Yəni bir çox dövlət qurumları vətəndaşlarla daha çevik və effektiv informasiya münasibətləri qurmaqla bərabər, həm də nüfuza xələl gətirə biləcək risklərin və böhranlı vəziyyətin qarşısını zamanında almaq üçün sosial mediadan çox effektiv istifadə edirlər.

Müşahidələrim və qısa araşdırma əsasında son zamanlarda sosial mediada daha aktiv olan dövlət qurumlarını təqdim edirəm:

1. “Azəriqaz” İstehsalat Birliyi
2. Baş Prokurorluq (Nəinki Baş Prokurorluq, hətta bir sıra rayon prokurorluqları da son zamanlar sosial mediada aktvdir)
3. Təhsil Nazirliyi
4. Ekologiya və Təbii Sərvətlər Nazirliyi
5. Dövlət Miqrasiya Xidməti".

Cebhe.info


Oxunma sayı: 10902