hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

Hansı ölkələrin Azərbaycana nə qədər borcu var? - SİYAHI

Hansı ölkələrin Azərbaycana nə qədər borcu var? - SİYAHI

Rusiyaya ən çox borcu olan MDB ölkələrinin siyahısı açıqlanıb.

Rusiyaya borcu olan MDB ölkələri arasında 3-cü yerdə Ermənistan dayanır. Ermənistanın Rusiyaya 300 milyon dollar borcu olduğu üzə çıxıb.

1-ci yerdə isə 7,6 milyard dollar borcla Belarus dayanır. Rusiyaya borclu olan ikinci ölkə Ukraynadır. Bu ölkənin Rusiyaya 3,7 milyard dollar borcu var.

Görəsən, Azərbaycana və Azərbaycanın borcu olan ölkələr hansılardırə

İqtisadçı-ekspert Natiq Cəfərli məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında bildirib ki, Azərbaycanın xarici ölkələrə borcu kifayət qədər azdır, əsas borcu beynəlxalq maliyyə institutlarınadır:

“Böyük Britaniya, ABŞ və Avropa Birliyinin bir sıra ölkələri ilə Azərbaycan arasında kiçik müqavilələr olmasına baxmayaraq, Azərbaycanın daha çox beynəlxalq maliyyə qurumlarına borcu var. Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Dünya Bankı Azərbaycanın borcu olan qurumlardı. Dövlətlərdən alınan kreditlərin həcmi isə kifayət qədər kiçikdir.

Əslində Azərbaycanın bu yöndə başqa ölkələrdən ciddi fərqi var. Əsasən, Azərbaycana böyük layihələrə görə kreditlər verilir. Əsas kredit borcları da “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində olub. Azərbaycanla TANAP və TAP layihələri çərçivəsində böyük kredit müqavilələri bağlanıb”.

Ekspert beynəlxalq maliyyə institutlarının kreditləri daha sərfəli verdiyini qeyd edib:

“Beynəlxalq maliyyə institutları ilə bağlanan müqavilələrin şərtləri ölkələrlə bağlanılan müqavilələrin şərtlərindən daha fərqli olur. Çünki beynəlxalq maliyyə institutları daha sərfəli şərtlərlə kreditlər təklif edirlər. Azərbaycanın da son zamanlar xarici borcunun artmasının şahidi oluruq, amma bu dövlətlərə olan borc deyil”.

N.Cəfərli Azərbaycana borcu olan ölkələrə gəldikdə isə ilk növbədə Gürcüstanı diqqətə çatdırıb.

Lakin iqtisadçı Azərbaycanın borc vermək yerinə, daha çox yatırımlara üstünlük verdiyini xüsusilə vurğulayıb:

“Azərbaycana borcu olan ölkələrə gəldikdə isə Gürcüstana təqribən 200 milyon dollardan biraz çox kredit verilib. Bu da Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində 20 illik verilmiş kreditdir. Həmçinin Belarusiya ilə də kredit müqaviləsi vardı, amma onun həcmi kiçik idi. Başqa ölkələrə böyük həcmdə borc verilməsi yoxdur. Amma sərmayə şəklində Azərbaycanın Monteneqro və Balkan ölkələrinin bəzilərinə, o cümlədən Serbiyaya investisiya qoyub. Türkiyə ərazisində SOCAR dövlət şirkəti olaraq böyük investisiyalar qoyub və böyük kredit xətləri açılaraq işlər həyata keçiriblər.

Bizim də dövlətlərə verdiyimiz borcun miqdarı o qədər böyük deyil, amma SOCAR-ın Türkiyə, Rumıniya, Gürcüstan, İsveçrədə və bir çox ölkələrdə yatırımları var. Bu da müəyyən mənada SOCAR-ın həmin ölkələrdə gördüyü işə görə borclanmasının artmasına səbəb olub. SOCAR-ın da dövlət zəmanəti ilə aldığı borcun Azərbaycan dövlətinin özünün aldığı borc qədər olduğunu demək olar”.

Səyad Həsənli
Cebhe.info


Oxunma sayı: 2080