hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Hansı prioritetdir: Blokçeyn, yoxsa adi kompüter?

Hansı prioritetdir: Blokçeyn, yoxsa adi kompüter?

"Təhsil Nazirliyi prioritetlərlə, cari və strateji məsələlərin müəyyən edilməsi ilə bağlı düzgün mövqe tutmayıb".

Cebhe.info xəbər verir ki, bunu "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib:

"Bu günlərdə Təhsil Nazirliyi “İT sənayesinin tendensiyaları: təhsilə təsiri” mövzusunda bir tədbir keçirib. Dar bir çərçivədə, maraqlı tərəflərin iştirakı olmadan nəhəng trendlər müzakirəyə çıxarılıb. Nazirliyin əsas İT qurumu olan Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi əsas texnoloji tendensiyalar barədə məlumat verib.

Süni intellektin tətbiqi, “big data”, əşyaların interneti, “blokçeyn” texnologiyasının tətbiqinin genişlənməsi, “bulud” texnologiyalarının inkişafı və s. bu kimi məsələlərə geniş yer verib. Fikrimcə, Təhsil Nazirliyi prioritetlərlə, cari və strateji məsələlərin müəyyən edilməsi ilə bağlı düzgün mövqe tutmayıb.

Düşünürəm ki, hazırda ciddi müzakirəyə ehtiyacı olan, prioritet hesab oluna biləcək məsələlər daha çox aşağıdakılar ola bilər:

1. Bütün təhsil müəssisələrin anbarlarında yığılıb qalan, istifadəyə yararsız kompüter və notbukların taleyi necə olmalıdırə

2. Gələn il üçün məktəblərə İKT servis işini necə təşkil etməliə

3. Ümumtəhsil müəssisələrində “hər şagirdə düşən kompüterlərin sayı” göstəricisinə görə vəziyyət pisliyə görə dəyişir. Çünki köhnə park sıradan çıxır və yeniləri də çox az verilir. Nazirlik bununla bağlı həyəcan siqnalı verməli və resurslar axtarmalıdır.

4. Nazirlik tərəfindən müxtəlif ölkələrin yardımı ilə məktəblərə verilən notbuklara görə regional idarələr nə üçün ödəniş etməlidirə

5. Bütün normativ hüquqi baza hazır olmasına, bəzi universitetlərdə (UNEC və s.) tam şərait olmasına baxmayaraq, nə üçün distant təhsil formasına icazə verilmirə

6. İKT-nin tətbiqi ilə təhsilin keyfiyyətində ciddi dəyişikliklərə nail ola bilmişikmiə

7. Təhsildə İKT-nin tətbiqi ilə bağlı 2012-ci ildən bəri tilsimə düşən Dövlət Proqramını qəbul etmək üçün biz hansı addımları atmalıyıqə

8. "İnformatika, yoxsa Kimya" problemi nə zaman öz həllini tapacaqə və s.

Bir daha xatırlatmaq istərdim ki, TN-nin müzakirə etdiyi “blokçeyn” və ya süni intellekt mövzusu faydalıdır. Amma yuxarıdakılar həll olmadan müzakirə olunan məsələnin yetərli fayda verəcəyini düşünmürəm".

Səyad Həsənli
Cebhe.info


Oxunma sayı: 2190