hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8828
  • NEFT - 63.46
  • clouds-weather

Hasar, yoxsa ağac?- “Əhali 2 dəfə artıb, yaşıllıq 2 dəfə azalıb”

Hasar, yoxsa ağac?- “Əhali 2 dəfə artıb, yaşıllıq 2 dəfə azalıb”

“İcra qurumları ekoloji cəhətdən çirklənmiş əraziləri gizlətmək üçün dəmir və ya daş hasarlar çəkirlər. Amma hasarlara sərf edilmiş pulun yarısına həmin ərazilərdə yaşıllıq salmaq olar”.

Bunu Cebhe.info-ya açıqlamasında “Ekoloq jurnalistlər” İctimai Birliyi sədrinin müavini Elçin Bayramlı deyib:

“Bakı şəhərində çox pis tendensiya var və başqa şəhərlər də bundan nümunə götürür. Bu tendensiya ondan ibarətdir ki, müəyyən ərazilərdə görüntünün qarşısını almaq üçün dəmir və daş “çəpərləmələr” aparılır. Bunu edən də rayon icra hakimiyyətləridir. Amma bu iş çox baha başa gəlir. Bakı dünyada ən az yaşıllıq sahəsi olan şəhərlərdən biridir. 1990-cı illərdə təxminən 15 min hektar yaşıllıq sahəsi var idisə, indi 7-8 min hektar yaşıllıq ərazisi var. Yəni o dövrlə nisbətdə əhali 2 dəfə artıb, yaşıllıq 2 dəfə azalıb. Dəmir “çəpərləmələr” 2 məqsədlə aparılır. Yaşıllığı məhv edilən əraziləri və çirkli sahələri gizlətmək üçün hasar çəkirlər”. Elçin Bayramlı deyib ki, Bibiheybət məscidinin dənizkənarı ərazisi Dövlət Neft Fonduna aiddir və həddindən artıq bərbad vəziyyətdədir: “Halbuki bura şəhərin girişidir və xarici qonaqların şəhərə gələrkən gördükləri ərazidir”. 

E.Bayramlı hesab edir ki, bir sıra yolların kənarında və böyük “dairələr”də yaşıllıq salmaq olar: “Məsələn, “Ukrayna dairəsi”nin ərazisi böyükdür. Ətrafda yaşıllıq zolağı məhv edilib. Bu ərazidə yaşıllıq salmaq olar. Bakı kimi iqlimi olan ərazilərdə yaşıllığın az olması ekologiyanı zəhərləyir. Biz Ekologiya və Təbii Sərvətlər Nazirliyi qarşısında təşəbbüs qaldırdıq və onlar söz veriblər ki, şəhərin cənub girişində yaşıllıq sahəsi salınacaq. Yeni Salyan şosesininin kənarına ağaclar əkiləcək. Rayon icra hakimiyyətləri və QHT-lər bu məsələyə təşəbbüs göstərməlidirlər. Bu problemi həll etmək üçün xüsusi proqram qəbul edilərək konkret ərazilər müəyyən olunmalıdır ki, həmin ərazilərdə yaşıllıq salınsın”. 

Əli Bədir 
Cebhe.info


Oxunma sayı: 650