Aeroport yolunda buz və zəncirvari qəza: Hər iki istiqamətdə - FOTO

Zığ-Hava limanı yolunda hər iki istiqamətində zəncirvari qəza baş verib.
Cebhe.info xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat yayıb.
O qeyd edib ki, gecə saatlarından qeyd olunan yolda buz bağlama ehtimalını nəzərə alaraq sürət həddi 60 km/saata qədər endirilib:
"Hazırda bəzi istiqamətlərdə yolun buz bağlamasını nəzərə alaraq bir daha sürücülərdən ehtiyyatlı olmalarını və meteroloji amilləri nəzərə alaraq sürət həddinə əməl etmələrini xahiş edirik".
Cebhe.info
Oxunma sayı: 2377