hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0238
  • EURO - 1.9320
  • NEFT - 43.13
  • clouds-weather

Hava şəraiti dəyişəcək-Nazirlikdən XƏBƏRDARLIQ

Hava şəraiti dəyişəcək-Nazirlikdən  XƏBƏRDARLIQ

Aprelin 6-sı səhərdən 9-u gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, temperaturun tədricən aşağı enəcəyi, 6-sı səhərdən 7-si səhərədək şimal-qərb küləyinin 15-20 m/s, yarımadanın bəzi yerlərində arabir 28-33 m/s-dək güclənəcəyi, aprelin 7 və 8-də arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Azərbaycanın rayonlarında aprelin 6-sı səhərdən 9-u gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Aprelin 6-sı səhərdən 7-si səhərədək qərb küləyi 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı ehtimalı var.

Cebhe.info


Oxunma sayı: 5105