hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

Həbs olunan İŞİD döyüşçülərinin yenidən döyüşlərə qoşulmaq ehtimalı artır

Həbs olunan İŞİD döyüşçülərinin yenidən döyüşlərə qoşulmaq ehtimalı artır

ABŞ-ın terrorla mübarizə səlahiyyətliləri İslam Dövləti qrupunun ələ keçirilən döyüşçülərinin yenidən döyüş meydanına geri dönmələrindən narahatdır.

Onlar deyir ki, bu narahatlıq xüsusilə də ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələrinin (SDQ) müvəqqəti həbsxanalarında saxlanılan 2000-ə yaxın xarici döyüşlərlə bağlıdır. Bu döyüşçülərin gəldikləri ölkələr onları geri almaqdan imtina edib.

“Xarici döyüşçüləri həbsxanadan qaçandan və ya azadlığa buraxılandan sonra yenidən görmək ehtimalımız yüksəkdir”– deyə, ABŞ-ın Milli Terrorla Mübarizə Mərkəzinin müvəqqəti direktoru Rassel Travers bildirib. “Ən böyük narahatlıq bu məhbusların saxlanılması və Suriyadan xarici döyüşçü axınının baş verməməsi ilə əlaqəlidir”, o əlavə edib.

ABŞ-ın Dövlət Departamenti və Pentaqondakı rəsmiləri aylar boyunca İŞİD-i məğlub etmək üçün yaranan koalisiyaya daxil olan ölkələri İŞİD uğrunda döyüşümək məqsədilə ölkələrini tərk edən vətəndaş və sakinləri repatriasiya edərək mühakimə etməyə çağırıb.

Lakin bu çağırışlar heç bir nəticə verməyib, çünki Avropa ölkələri bununla bağlı narahatlıqlarını dilə gətirib və onların hüquq sistemlərinin minlərlə kilometr uzaqda cinayət törədən İŞİD döyüşçülərinin uğurlu şəkildə mühakimə olunmalarına imkan verməyəcəyini iddia edib.

Türkiyənin ötən ay Suriyanın şimal-şərqinə hərbi müdaxiləsi nəticəsində isə ABŞ-ın oradakı əsas müttəfiqi olan və çoxluğunu kürdlərin təşkil etdiyi Suriya Demokratik Qüvvələri həbsxanalardakı keşikçiləri Türkiyənin dəstəklədiyi qüvvələrə qarşı döyüşə cəlb edib.

Kürd rəsmiləri həmçinin deyib ki, bəzi ərazilər hücuma məruz qalandan sonra onlar bir neçə həbsxananı evakuasiya edib, İŞİD döyüşçülərini müvəqqəti təsislərə yerləşdirməyə məcbur olub.

Bu proses ərzində təxminən 100 dustaq qaçıb. Türkiyə qüvvələrinin daha geniş Suriya ərazisinə daxil olduğu halda, heç kimin İŞİD dustaqlarının olduğu həbsxanlara nəzarət etdə bilməyəcəinə dair narahatlıq da var.

ABŞ-ın terrorla mübarizə rəsmiləri SDQ-nin nəzarətində ümumilikdə 15000 İŞİD döyüşçüsünün olduğunu güman edir. Bu isə ABŞ ordusu və ya diplomatik rəsmilərinin daha öncə təxmin etdiyinən minlərlə döyüşçü daha çoxdur.

Onların əhəmiyyətli bir hissəsi azadlığa çıxsa, bu, Suriya və İraqdakı döyüşlərdə böyük dəyişikliklərə səbəb ola bilər. Hazırda orada azı 14 min İŞİD döyüşçüsünün olduğunu təxmin edilir.

Cebhe.info


Oxunma sayı: 342