hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Həbsdə olan Əhmədinejaddan xəbər yoxdur - Ailəsi narahatdır

Həbsdə olan Əhmədinejaddan xəbər yoxdur - Ailəsi narahatdır

Güney azərbaycanlı milli-mədəni fəal Ruhulla Əhmədnejadın saxlanmasından təxminən iki həftə ötür.

Bununla belə onun barəsində heç bir məlumat yoxdur. Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) İdarə Heyətinin üzvü Ağrı Qaradağlının Cebhe.info-ya verdiyi məlumata görə, bu durum fəalın ailəsinin narahatlığına səbəb olub. Qeyd edək ki, fəal iyulun 2-də Təbrizdə öz iş yerində mülki geyimli məmurlar tərəfindən saxlanılıb. O tutulduqdan sonra qardaşı ilə qısa telefon əlaqəsi saxlayaraq Təbriz ETTELAAT İdarəsinin təcridxanasına aparıldığını bildirib. Doğmalarının bütün cəhdlərinə baxmayaraq məhkəmə və təhlükəsizlik orqanları fəalın hansı səbəbdən saxlandığı barədə hər hansı məlumat verməkdən imtina edir. Məlumata görə, ETTELAAT əməkdaşları fəalı saxladıqdan sonra onun qardaşı evinə hücum çəkərək məhkəmə hökmü olmadan evdə axtarış aparıblar.

Ruhulla Əhmədnejadın qardaşına aid bir çox kitab, noukbuk və yaddaş kartının (flaş) məmurlar tərəfindən götürüldüyü bildirilir.

Aydın
Cebhe.info


Oxunma sayı: 2223