hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Həbsdə olan sabiq icra başçısı və müavini lüks şəraitdə saxlanılır? - Təcridxanaya baxış-AÇIQLAMA

Həbsdə olan sabiq icra başçısı və müavini lüks şəraitdə saxlanılır? - Təcridxanaya baxış-AÇIQLAMA

Bəzi informasiya saytlarında Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq təcridxanasında guya həbs edilmiş ayrı-ayrı şəxslərin imtiyazlı şəraitdə saxlanılmasına dair məlumat dərc olunub

​Penitensiar xidmətdən verilən məlumata görə, həmin məlumatın yoxlanılması üçün dərhal Təcridxanaya baş çəkilib. Həbsdə olan şəxslərin saxlanma şəraiti ilə tanış olunmuş və yerində araşdırma aparılıb.

"Nəticədə məlumatın yanlış olmaqla həqiqəti əks etdirmədiyi və ictimaiyyətdə yalnız çaşqınlıq yaratmaq məqsədi daşıdığı müəyyən edilib",-deyə açıqlamada bildirilir.

Cebhe.info


Oxunma sayı: 870