hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0228
  • EURO - 2.0641
  • NEFT - 56.02
  • clouds-weather

Həbsdəki ərinə narkotik keçirmək istəyən qadın saxlanıldı

Həbsdəki ərinə narkotik keçirmək istəyən qadın saxlanıldı

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına psixotrop maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilən və hazırda Bakı İstintaq təcridxanasında saxlanılan Hənifəyev Emin Nizami oğluna arvadı, Bakı şəhər sakini Əliyeva Kamalə Kamil qızı tərəfindən gətirilən sovqata baxış keçirilən zaman orada olan plastmas qabdakı bişmiş toyuğun dərisinin altında xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə ümumi çəkisi 0,271 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Cebhe.info


Oxunma sayı: 672

Bizim Telegram səhifəmizi izləyin