hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0695
  • NEFT - 55.08
  • clouds-weather

Həbsdəki keçmiş icra başçılarının müstəntiq oğulları: “Kimisə çağırıb dindirir, o da bilir ki, sənin atan kimdir”

Həbsdəki keçmiş icra başçılarının müstəntiq oğulları: “Kimisə çağırıb dindirir, o da bilir ki, sənin atan kimdir”

Son günlər Baş prokurur Kamran Əliyevin sərəncamı ilə hazırda istintaq altında olan keçmiş icra başçıları Vilyam Hacıyev və Nizaməddin Quliyevin övladlarına vəzifə verilməsi birmənalı qarşılanmayıb.

Qeyd edək ki, Baş prokurorun əmri ilə Vilyam Hacıyevin oğlu sərəncamda olan Məhəmməd Hacıyev Qubadlı Rayon Prokurorluğunun müstəntiqi təyin olunub. Ötən il mayın 5-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları İmişli Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirib və V.Hacıyev həbs edilib.

Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Prezident İlham Əliyev mayın 6-da V.Hacıyevin İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Kamran Əliyevin daha bir əmri ilə isə Nizaməddin Quliyevin oğlu Ramal Quliyev prokurorluq orqanlarına müstəntiq təyin olunub. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Ağstafa Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirib və N.Quliyev həbs edilib. Məhkəmənin qərarı ilə onun barəsində də həbs qətimkan tədbiri seçilib.

Baş Prokrorluq Cebhe.info-ya xəbəri təsdiqləyib.

Hazırda həbsdə olan iki sabiq icra başçısının övladlarının yenidən prokurorluq orqanlarına qəbul olunması isə birmənalı qarşılanmayıb.

Məsələ ilə Cebhe.info-ya açıqlamasında hüquqşünas Əkrəm Həsənov bu təyinatlarda heç bir problem olmadığını deyib:

“Əvvəla, oğul ataya görə cavabdeh deyil. Digər tərəfdən, atalar hələ cinayətkar kimi tanınmayıblar. Yəni onların barəsində qanunu qüvvəyə minmiş məhkəmə hökmü yoxdur. Hüquqa görə isə barəsində qanuni qüvvəyə minmiş hökmü olmayan heç kimi cinayətkar adlandırmaq olmaz. Biz əgər hüquqi dövlətdən, qanunun aliliyindən danışırıqsa, gərək buna da riayət edək. Onların övladları isə heç bir halda atasının əməllərinə görə cavabdeh deyillər. Buna görə onları işsiz qoymaq düzgün olmazdı. Hətta ötən əsrin 30-cu illərində Stalin deyirdi ki, oğul ataya görə cavabdeh deyil. Həqiqətən də Stalin dövründə repressiya olunanların övladlarına qadağa qoyulmurdu”.

Ekspertin ehtimalına görə, həmin şəxslər öz xahişləri ilə prokurorluq orqanlarından azad olunub:

“Yəqin ki, psixoloji cəhətdən həmin dövrdə işləmək çətin idi. Məsələn, kimisə çağırıb dindirir, amma o da bilir ki, sənin atan kimdir”.

Ə.Həsənov qeyd edib ki, bu təyinatlar kadrlara ehtiyac olduğunun göstəricisidir: “Yeni təyinatlar isə işğaldan azad olunan ərazilərədir. Bu isə onun göstəricisidir ki, kadrlara ehtiyac var. Hər adam da indi gedib o ərzilərdə işləməyə razı olmayacaq. Bu baxımdan da yeni təyinatlara pis baxmıram. Hesab edirəm ki, onlara öz əməllərinə görə qiymət verilməlidir”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 5479

Bizim Telegram səhifəmizi izləyin